BAKI, 4 fevral. TELEQRAF
"Almaniya hökuməti Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə danışıqların davam etdirilməsini alqışlayır".
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Almaniya Nazirlər Kabinetinin sözçüsü Steffen Meyer bildirib.
O, Almaniya hökumətinin Əbu-Dabidəki danışıqlardan gözləntiləri ilə bağlı suala cavab olaraq bildirib ki, prinsipcə, bu danışıqların hazırda davam etməsi yaxşıdır: "Biz Ukraynanı dəstəkləyirik. Eyni zamanda, Almaniya münaqişəyə son qoymaq üçün Avropa və Amerika tərəfdaşları ilə intensiv işləməyə davam edir".
Qeyd edək ki, üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib. Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci mərhələsi çərşənbə günü BƏƏ-nin paytaxtında başlayıb.