BAKI, 4 fevral. TELEQRAF
Türkiyənin Antiinhisar İdarəsi "Google" şirkətinə qarşı yeni araşdırma başladıb.
Teleqraf xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, "Google"ın mobil cihaz istehsalçıları ilə bağladığı müqavilələr və onun bazar təcrübələri ilə bağlı araşdırma başlanıb.
"Mobil Ekosistem Sektoruna Baxış" hesabatına əsaslanan araşdırma, "Google" ilə mobil cihaz istehsalçıları arasında bağlanmış müqavilələrlə bağlıdır. Antiinhisar agentliyinin araşdırması göstərib ki, 2018-ci il qərarından sonra "Google" müqavilələrinin strukturunu dəyişdirib, lakin maliyyə təşviqləri vasitəsilə dominant bazar mövqeyini qoruyub saxlamağa davam edib.
Beləliklə, "Google"un standart axtarış sistemi olması tələb olunmasa da, istehsalçılar rəqiblərin vidjetlərindən istifadə etmirlər.