BAKI, 5 fevral. TELEQRAF
İtaliyanın Luçina şəhərindəki San Lorenzo Katedralının ibadətgahındakı freskanın Baş nazir Meloniya bənzədilməsi Roma Yeparxiyasının narazılığına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
İtaliya Mədəniyyət Nazirliyinin mütəxəssisləri məsələ ilə bağlı araşdırmaya başlayıblar və məsul şəxsləri tapacaqlarına söz verib.
Rəssam Bruno Valentineti bildirib ki, o, sadəcə 2000-ci ildə çəkdiyi divar rəsmini bərpa edib və mələyin baş nazirə bənzədilməsinə çalışmayıb.