BAKI, 5 fevral. TELEQRAF
“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi klubun tarixinə keçib.
Teleqraf-ın məlumatına görə, 33 yaşlı hücumçu buna Türkiyə Kubokunda “İstanbulspor”u 3:1 hesabı ilə məğlub etdikləri matçın 5-ci dəqiqəsində fərqlənərək nail olub.
Beləliklə, İkardi 73 qolla “Qalatasaray” tarixində ən məhsuldar legioner kimi tarixə düşüb.
Qeyd edək ki, cari mövsümdə Mauro İkardi bütün turnirlər üzrə keçirdiyi 30 matçda 11 qol vurub.