BAKI, 5 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2022-ci ildən bu yana müharibədə verdiyi rəsmi itkilərin sayını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski Fransanın "France 2" telekanalına verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, döyüş meydanında ölən istər müqaviləli, istərsə də səfərbərlik yolu ilə cəlb edilən hərbiçilərin sayı 55 min nəfər təşkil edir.
Bununla yanaşı, Ukrayna lideri çoxlu sayda şəxsin hələ də itkin düşmüş hesab edildiyini qeyd edib.