BAKI, 2 fevral. TELEQRAF

Rusiyalı aktyor Nikolay Tkaçenko Ukraynaya qarşı müharibədə öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a onun anası İnna Tkaçenko məlumat verib.

“O, döyüş tapşırığından qayıdarkən həlak oldu. Tapşırığı yerinə yetirmişdi, amma geri qayıdarkən həyatını itirdi”, – deyə o bildirib.

İnna Tkachenko əlavə edib ki, hazırda oğlunun meyitinin harada olduğu məlum deyil.

O qeyd edib ki, Nikolay ötən ilin iyununda müqavilə imzalayıb və o vaxtdan 76-cı qvardiya Pskov hava-desant diviziyasında xidmət edirdi.