BAKI, 30 yanvar. TELEQRAF
Qarabağdan Ermənistana köçürülən 11 nəfərin səhhəti hazırda qənaətbəxş qiymətləndirilir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
Nazirin sözlərinə görə, həmin şəxslərin hamısı zəruri tibbi müayinələrdən keçib, xroniki xəstəlikləri olanların vəziyyəti nəzarətə götürülüb:
"Hazırda onların həm tibbi, həm də sosial məsələlərinin həlli istiqamətində işlər davam etdirilir".
A. Avanesyan həmçinin bir müddət əvvəl Ermənistana təhvil verilən Vaqif Xaçaturyanın səhhətinə də toxunub. O bildirib ki, açıq ürək əməliyyatı keçirən Xaçaturyan hazırda bərpa dövründədir və vəziyyəti stabildir.
Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qarabağda qalan 10 erməni və 1 etnik rus yanvarın 23-də öz istəkləri ilə Ermənistana təhvil veriliblər.