BAKI, 29 yanvar. TELEQRAF

“Bu gün Özbəkistan iqtisadiyyatının sürətli inkişaf və yenidənqurma mərhələsinə qədəm qoyduğunu müşahidə edirik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O vurğulayıb ki, Türkiyə şirkətləri hazırda Özbəkistanda 5 milyard dollarlıq yatırımla xarici investorların ilk üçlüyünə daxildir.

“Son 10 ildə Özbəkistanla ikitərəfli ticarət həcmini üç dəfə artırmışıq. Özbəkistanla gələcək strateji addımlarımızı müəyyən etmişik. Ortaq məqsədlərimiz üçün Özbəkistan qurumları ilə birlikdə çalışırıq. Hər iki ölkənin qurumları ortaq siyasi, iqtisadi, mədəni, humanitar və regional məqsədlərimizə çatmaq üçün əməkdaşlıq edirlər”.