BAKI, 26 yanvar. TELEQRAF

Avropa İttifaqı (Aİ) Ukraynadakı hərbi əməliyyatları təkbaşına dəstəkləyə bilməz. ABŞ-nin Kiyevə kütləvi silah yardımı davam etməlidir.

Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentinin Müdafiə Komitəsində çıxışı zamanı bildirib.

Rutte qeyd edib ki, AB hərbi sənayesini genişləndirir, lakin bu səylər Ukraynadakı hərbi əməliyyatları dəstəkləmək və ölkəyə təchizat verməyə davam etmək üçün kifayət deyil: "AB Ukraynanı, xüsusilə, hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün ABŞ-dən silah alışını davam etdirməlidir".