BAKI, 26 yanvar. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev nüvə silahının sabitləşdirici rol oynadığını və bu silah olmasaydı nə SSRİ-nin, nə də Rusiyanın bu gün mövcud ola bilməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Medvedev bu fikirləri “Kommersant” qəzetinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, bu məsələdə reallığı gizlətməyə ehtiyac yoxdur.

“Dürüst olmaq lazımdır və açıq demək lazımdır ki, əgər Sovet İttifaqının, eləcə də bu gün Rusiyanın nüvə silahı olmasaydı, böyük ehtimalla ölkəmiz artıq mövcud olmazdı”, - deyə Medvedev qeyd edib.