BAKI, 26 yanvar. TELEQRAF
Almaniyanın paytaxtı Berlində 45 min evi və 2500 müəssisəni elektriksiz qoyan şəxslərin tutulması üçün 1 milyon avro mükafat vəd edilib.
Teleqraf xəbər verir ki, elektrik kəsintisinə görə məsuliyyəti öz üzərinə götürən "VulkanQrup" 2011-ci ildən bəri çoxsaylı yanğınlar törədib. Qrupun hər bir üzvünün ələ keçməsi üçün 1 milyon avro mükafat vəd edilib.
3 yanvarda Almaniyanın Berlin şəhərinin cənub-qərbindəki Teltou bölgəsində elektrik kəsilməsi baş verib. Buna səbəb elektrik xətlərinin zədələnməsi olub. Nikolassee, Vannsee, Zehlendorf və Lichterfelde rayonlarında təxminən 45 min ev təsərrüfatı və 2500-dən çox müəssisə 7 yanvara qədər elektriksiz qalıb.
Bölgədə fövqəladə vəziyyət elan edilib, ordu köməyə çağırılıb. Daha sonra məlum olub ki, Berlini işıqsız qoyan ifrat solçu "Volkan Qrupu" olub.