BAKI, 26 yanvar. TELEQRAF
Hindistanda bir qadın poliandriya ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Teleqraf "Dunya News" portalına istinadən xəbər verir ki, Madhya Pradeş rayonunun sakini Hasina əvvəlki ərlərindən boşanmadan yeni izdivaclara girib.
Məhkəmə müəyyən edib ki, Hasinanın nikaha girməkdə məqsədi ərinin əmlakını ələ keçirmək olub. O da məlum olub ki, qadın ərlərini psixoloji və fiziki zorakılığa məruz qoyub. Onun qohumları da cinayət əməllərində iştirak ediblər.
Hasina il həbs cəzasına məhkum edilib.