BAKI, 26 yanvar. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasına göstəriş verib.
Teleqraf xəbər verir ki, buna səbəb kimi Kiyevin Budapeştə qarşı təhdidləri göstərilib.
Macarıstanın Baş naziri "Facebook"da yazıb: "Biz heç kimin Macarıstanın suverenliyini təhlükəyə atmasına yol verə bilmərik. Buna görə də bu gün xarici işlər naziri Peter Siyartoya Ukraynanın Macarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırdım".
24 yanvarda Orban Ukraynanın seçkilərə fəal şəkildə müdaxilə etdiyini və Macarıstanı təhdid etdiyini bildirib.