ABŞ-nin Avropa təhlükəsizliyi üzərində qəyyumluq dövrü başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvləri ilə görüşdə bildirib.

Baş katib qeyd edib ki, Haaqa sammiti zamanı alyansa üzv ölkələr 2035-ci ilə qədər ÜDM-lərinin 5%-ni müdafiəyə yatırmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, dövlətlər bu hədəflərə mümkün qədər tez nail olmalıdırlar.

“Birincisi, təhlükəsizlik vəziyyəti bunu tələb edir. Hazırda təhlükəsizliyimizlə bağlı real və uzunmüddətli çətinliklərlə üzləşirik. İkincisi, ABŞ-nin ümumi təhlükəsizliyimiz üçün yükün böyük hissəsini daşımasına icazə verdiyimiz vaxt sadəcə olaraq geridə qalıb”, - deyə Rutte bildirib.