BAKI, 26 yanvar. TELEQRAF

“Ermənistana ayrılan kvota ilə AŞPA-nın vitse-prezidenti seçildim”.

Teleqraf xəbər verir ki, bunu sosial media hesabında Ermənistan parlamenti sədrinin Ruben Rubinyan yazıb.

AŞPA prezidenti isə bu qurumun Avstriyadan olan üzvü Petra Bayer seçilib.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası yanvarın 26-da Strasburqda başlayıb, yanvarın 30-dək davam edəcək. Plenar iclasda Moldova Prezidenti Maya Sandu və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da çıxış edəcək.