BAKI, 26 yanvar. TELEQRAF
Qəzza zolağında sonuncu girovun cəsədi tapılıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında bildirib.
Ağ Ev rəhbəri yazıb: "Beləliklə, 20 girovun hamısını geri qaytardıq! Möhtəşəm iş! Çoxları bunun qeyri-mümkün bir iş olduğunu düşünürdü. Möhtəşəm çempion komandamı təbrik edirəm!"
Qeyd edək ki, bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında əsirlikdə saxlanılan sonuncu israilli məhbus mayor J. Ran Qvilinin cəsədinin şəxsiyyətinin müəyyən edildiyini və dəfn olunmaq üçün İsrailə qaytarıldığını açıqlayıb.