BAKI, 26 yanvar. TELEQRAF
Fransanın xarici işlər naziri Jan-Noel Barro Türkiyəyə işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, xarici işlər nazirinin səfəri yanvarın 27-də baş tutacaq.
Görüş zamanı ikitərəfli münasibətlər, ticarət əlaqələri, təhlükəsizlik sahəsində əməkdaşlıq və əsas regional məsələlər, eləcə də Qəzza və Ukrayna ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.
Hakan Fidanın görüşdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulaması gözlənilir. Xüsusilə fevralın 17-də İstanbulda keçirilməsi planlaşdırılan Türkiyə–Fransa Birgə İqtisadi və Ticarət Komissiyasının səkkizinci iclasının ticarət əməkdaşlığının inkişafındakı rolu diqqət mərkəzində olacaq.
Nazirin Fransada yaşayan türk icmasının vəziyyətinə də toxunacağı, terrorizmlə mübarizədə ortaq məsuliyyət və qətiyyətli ümumi mövqeyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini önə çəkəcəyi gözlənilir.
Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri də müzakirə olunacağı ehtimal olunur.