BAKI, 26 yanvar. TELEQRAF
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yanvarın 25-də “Mansude” Yaradıcılıq Birliyini ziyarət edərək Rusiya Federasiyasının Kursk vilayətində Koreya Xalq Ordusunun hərbçiləri tərəfindən göstərilmiş döyüş şücaətlərinə həsr ediləcək heykəltəraşlıq kompleksinin hazırlanması işlərinə rəhbərlik edib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Telegraf Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən abidə Döyüş Şücaətləri Memorial Muzeyində ucaldılacaq.
Məlumata görə, Kim Çen Inə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin rəhbər kadrları və müdafiə naziri No Kvan Çxol müşayiət edib. Dövlət başçısı abidənin əsas və köməkçi qrup heykəllərini, eləcə də skulptur lövhələri nəzərdən keçirib və işlərin partiya Mərkəzi Komitəsinin niyyətlərinə uyğun aparılmasından məmnunluğunu ifadə edib.