BAKI, 26 yanvar. TELEQRAF

Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı gündəliyin maddələrinin ayrı-ayrılıqda müzakirəsi düzgün olmazdır. Üçtərəfli qrupun Əbu-Dabidə keçirilməsi işin yalnız başlanğıcıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Əbu-Dabidə danışıqların nəticələri haqqında danışarkən jurnalistlərə deyib: "Bu, işin başlanğıcıdır. Ekspert səviyyəsində iş. İşçi qrup daxilində bu müzakirələr davam edəcək. Ayrı-ayrı maddələri fraqmentlərlə müzakirə etmək düzgün olmazdı".