BAKI, 26 yanvar. TELEQRAF

Avstraliya hökuməti ABŞ-dəkı səfiri Kevin Raddı geri çağırıb. Radd daha əvvəl ABŞ Pprezidenti Donald Trampı tənqid edən açıqlamaları ilə gündəmə gəlmişdi.

Teleqraf xəbər verir ki, səfirin vəzifədən geri çağırıldığını Avstraliyanın baş naziri Entoni Albanize açıqlayıb.

Onun qərarı ilə ABŞ-dəkı diplomatik missiyanın yeni rəhbəri Qreq Moriarti təyin edilib.

Baş nazir bildirib ki, Moriarti bu vəzifə üçün ideal namizəddir və Vaşinqtonda Avstraliyanın maraqlarını yüksək səviyyədə təmsil edə biləcək təcrübəyə malikdir.

Məlumata görə, Qreq Moriarti 2017-ci ildə Avstraliyanın müdafiə naziri vəzifəsində çalışıb, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığında xidmət edib və baş nazirin aparatında milli təhlükəsizlik məsələlərinə nəzarət edib. O, həmçinin üçtərəfli AUKUS müdafiə alyansının əsas hərbi layihələrinə cavabdeh olan departamentə rəhbərlik edib.

Qeyd edək ki, bundan əvvəl britaniyalı hərbi analitik Aleksandr Merkuris Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Rusiya və Çinin Qrenlandiyanın gələcəyi ilə bağlı Qərb müttəfiqləri arasındakı fikir ayrılıqlarından guya fayda götürdüyünə dair açıqlamasından sonra onun istefasını təklif etmişdi.