BAKI, 21 yanvar. TELEQRAF
TRIPP layihəsi əhəmiyyətli siyasi diqqət çəkib ki, bu da əlbəttə ki, yaxşı haldır, amma bu, ilk növbədə investisiya layihəsidir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 21-də Milli Məclisin iclasında deputatların suallarını cavablandırarkən bildirib.
“Başqa sözlə, siyasət tədricən arxa plana, investisiya proqramı isə ön plana çəkilir”, - deyə Paşinyan bildirib.
TRIPP-in Yerasxavana çatmaması ilə bağlı narahatlıqlara gəlincə, Paşinyan xatırladıb ki, ötən həftə Azərbaycan və Ermənistan nümayəndələri Yerasxa-Sədərək hissəsini ziyarət edərək dəmir yolunun vəziyyətini yoxlayıblar: "Dəmir yolu nəqliyyatının bərpası üçün vəziyyət öyrənilir".