BAKI, 3 aprel. TELEQRAF

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Fransa ilə keçirilən yoldaşlıq oyunundan (1:3) sonra xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Martln 29-da keçirilən görüşdə 34 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.

Rodriqesin idmanla əlaqəli olmayan sağlamlıq problemi səbəbindən həkim nəzarətində olduğu bildirilir. Fransa ilə oyundan bir gün sonra futbolçuda ciddi susuzlaşma (dehidratasiya) diaqnozu qoyulub.

Bu səbəbdən o, son 72 saat ərzində profilaktik müşahidə və bərpa məqsədilə xəstəxanada qalıb.