BAKI, 15 yanvar. TELEQRAF

"Rusiya-Ukrayna müharibəsi transatlantik münasibətlərdən tutmuş Avropanın kimliyi və təhlükəsizlik sistemi ilə bağlı bir çox sahədə mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb olub".

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

H. Fidan bildirib ki, 2026-cı ildə müharibənin sona çatdırılması üçün göstəriləcək səylər ideal həll ilə real həll arasındakı fərqləri aradan qaldırmağa yönələcək:

"Türkiyə diplomatik kanalları açıq saxlamaq və sülhün təmin olunması istiqamətində addımların atılması üçün, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə, intensiv səylər göstərib. Avropa təhlükəsizlik memarlığı ilə bağlı müzakirələr isə uzun illər əsas gündəm mövzularından biri olacaq".