BAKI, 14 yanvar. TELEQRAF

ABŞ Qrenlandiyanı əldə etməsə, ada Rusiya və ya Çinin nəzarətinə keçə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, Qrenlandiya ABŞ üçün milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır və ölkənin raketdən müdafiə sistemi olan "Qızıl Günbəz" (Golden Dome) layihəsi üçün vacibdir:

"Qrenlandiya ABŞ-nin nəzarətində olacağı təqdirdə NATO daha effektiv və güclü alyansa çevriləcək. Bu məsələdə NATO Vaşinqtona dəstək göstərməlidir".