BAKI, 11 yanvar. TELEQRAF

İstanbulda gözlənilən pis hava şəraiti səbəbindən Türk Hava Yolları (THY) 54 reysi ləğv edib.

Teleqraf "TRTHaber"ə istinadən xəbər verir ki, Meteoroloji Təcili Vəziyyət Komitəsinin (MADKOM) qərarı ilə uçuşlarda məhdudiyyətlər tətbiq olunacaq.

Sərnişinlər ləğv və reys məlumatlarını THY-nin rəsmi saytından əldə edə bilərlər.