BAKI, 11 yanvar. TELEQRAF
İsrail hakimiyyəti Tehranda hakimiyyət dəyişikliyi baş verərsə, İranla tərəfdaşlıq münasibətləri qurmağa ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında çıxış edərkən bildirib.
“Fars xalqı tezliklə zülm yükündən azad olacaq”, - Netanyahu deyib.
O vurğulayıb ki, bu baş verərsə, İsrail və İran yenidən sülh və rifah naminə əməkdaşlıq edən etibarlı tərəfdaşlara çevrilə bilər. Baş nazir əlavə edib ki, mövcud rejim devrildikdən sonra iki ölkə xalqlarının xeyrinə birgə addımlar atmaq mümkün olacaq.