BAKI, 11 yanvar. TELEQRAF

ABŞ-nin Missisipi ştatında silahlı hücum nəticəsində 6 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Post" qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, 24 yaşlı Darika Mur Uest-Poynt şəhəri yaxınlığında üç fərqli ərazidə atəş açıb. O, əvvəlcə atasını, qardaşını və dayısını qətlə yetirib, daha sonra hadisə yerindən qaçıb. Sonradan Murun 7 yaşlı bir qızı öldürdüyü, daha sonra isə başqa bir məkanda iki kişini güllələdiyi bildirilir.

Polis şübhəli şəxsi saxlayıb. Qeyd olunur ki, Darika Muru törətdiyi cinayətlərə görə ölüm cəzası gözləyə bilər.

Hücum son 10 il ərzində ştat tarixində ən ağır hadisələrdən biri kimi qiymətləndirilir.