BAKI, 10 yanvar. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında məlumat verilib.

Bildirilib ki, yanvarın 9-dan 10-na keçən gecə Ukrayna ordusu Volqoqraddakı “Jutovskaya” neft anbarına zərbə endirib.

Məlumatda işğal olunmuş Zaporojye bölgəsində Rusiya ordusunun 19-cu Motoatıcı Diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə də zərbələr endirildiyi vurğulanır.