BAKI, 12 mart. TELEQRAF

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan millimiz Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda keçirilən görüşdə rəqib Azərbaycan yığmasını 11:0 hesabı ilə darmadağın edib.

Belçika millisinin heyətində Elsa Qodfroid (8, 24 və 61-ci dəqiqələr), Vies Dehamers (20, 22, 52, 56), Zoi Kasonqo (32), Esti Merşalk (66, 86 - pen.) və Melin Lüis (90+1) fərqləniblər.