BAKI, 12 mart. TELEQRAF

“İrəvan 2025-ci ilin iyun-iyul aylarında Ermənistan ictimai qurumlarının müraciətinə cavab olaraq yaradılan “Rusiya Humanitar Missiyası”, “Avrasiya” və “Rossotrudniçestvo” QHT-ləri vasitəsilə Qarabağ ermənilərinə dəstəyi davam etdirməkdən imtina edib”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O bildirib ki, Rusiya heç vaxt Qarabağ ermənilərini kömək və dəstəksiz qoymayıb, onların taleyinə heç vaxt biganə qalmayıb.

Zaxarova qeyd edib ki, İrəvan Rusiya bu addımlarından məmnun olmayıb:

“İş o yerə çatdı ki, rəsmi kanallar vasitəsilə “Təşəkkür edirik, amma bəsdir” dedilər. İndi də Qarabağ ermənilərini dəstəkləməyə davam etməkdən imtina edirlər”.

Rusiya rəsmisi əlavə edib ki, bu dövrdə Qarabağ ermənilər üçün təxminən 140 ton yük çatdırılıb.