BAKI, 12 mart. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində tədbir keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin, eləcə də rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr iştirak ediblər.

Tədbir zamanı çıxış edən natiqlər ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin maarifləndirilməsi məqsədilə Nazirlik tərəfindən hazırlanmış mararifləndirici videoçarxlar nümayiş olunub.