BAKI, 7 yanvar. TELEQRAF

ABŞ administrasiyası Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı zamanı təxminən 75 nəfərin həlak olduğunu hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, mənbələrdən biri əməliyyat nəticəsində ən azı 67 nəfərin öldürüldüyünü, digər mənbə isə itkilərin sayının 75-80 nəfər arasında olduğunu bildirib. Qeyd olunur ki, ölənlər arasında kubalı və venesuelalı hərbçilər, həmçinin mülki şəxslər də var.

ABŞ prezidenti Donald Tramp daha əvvəl əməliyyat zamanı çoxlu sayda hərbçinin, əsasən də kubalıların həlak olduğunu demişdi. O, əməliyyatı çox mürəkkəb və uğurlu adlandırmışdı.