BAKI, 5 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, liderlər Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Prezident Ərdoğan Türkiyənin Yəmən və Somalinin ərazi bütövlüyünü, birliyini və həmrəyliyinin dəstəklədiyini, sülh və sabitliyin təmin olunmasına yönələn səylərə töhfə verməyə hazır olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan Qəzzadakı humanitar faciənin sona çatdırılması üçün çalışdıqlarını, Qəzzanın yenidən bərpası üçün təcili addımlar atılmasının vacibliyini vurğulayıb.