BAKI, 2 yanvar. TELEQRAF

ABŞ Kənd Təsərrüfatı Departamenti 2026-cı ildə əsas ət məhsullarının qlobal ticarəti ilə bağlı proqnozlarını açıqlayıb.

Teleqraf xəbər verir ki,
Okeaniya, Braziliya və ABŞ-da tədarükün azalması səbəbindən mal əti ticarəti 1% azalacaq. Avropa Birliyində istehsal həcminin azalması səbəbindən isə qlobal donuz əti ixracı da 1% düşəcək.

Braziliya və Çindən toyuq ətinin ixracının isə artacağı proqnozlaşdırılır.

Ümumilikdə qlobal toyuq əti ixracı 2026-cı ildə 3% artaraq rekord həcmə 14,7 milyon tona çatacaq.

Qeyd edək ki, bütün bunların fonunda qlobal ət ticarətinin 2026-cı ildə 1% artacağı pronozlaşdırılır.