BAKI, 2 yanvar. TELEQRAF

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Teleqraf-a agentlikdən məlumat verilib.

Xəbərdarlığa əsasən, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.