BAKI, 2 yanvar. TELEQRAF
Fransada Yeni il gecəsi ölkə ərazisində 1 173 avtomobil yandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin (DİN) açıqladığı dəqiqləşdirilmiş statistikada bildirilir.
Nazirliyin məlumatına görə, ötən illə müqayisədə yanan avtomobillərin sayı artıb. 2024-cü ilin Yeni il gecəsində 984, bu il isə 1 173 avtomobil yanıb. Qeyd olunur ki, avtomobillər həm birbaşa qəsdən yandırma, həm də yanğının yayılması nəticəsində zərər görüb.
Yeni il gecəsi polis əməkdaşları bir neçə dəfə xuliqanların hücumuna məruz qalıb. Hadisələrin əksəriyyəti ölkənin şimal və şərq bölgələrində, ən ciddi toqquşmalar isə Strasburqda qeydə alınıb. Bununla belə, Fransa DİN-i bu insidentlərin ötən illə müqayisədə daha az ciddi xarakter daşıdığını vurğulayıb.