BAKI, 2 yanvar. TELEQRAF
2026-cı il yanvarın 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 808 borcalana 3,757 milyard manat kredit verib.
Teleqraf xəbər verir ki, bu barədə fındun açıqlamasında bildirilir.
Ötən il satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2 796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib.
Sonuncu dəfə dekabrın 15-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində 1, 2 və 3 otaqlı 188 tam təmirli mənzil təklif olunub.