BAKI, 2 yanvar. TELEQRAF

Avropa 2025-ci ildə rekord həcmdə - 142 milyard kubmetr LNG idxal edib.

Teleqraf bu barədə Avropanın Gas Infrastructure (GIE) məlumatlarına istinadən xəbər verir.

Keçən il Avropa terminallarından Aİ-nin qaz nəqli sisteminə LNG axını 142 milyard kubmetri keçib ki, bu da 2024-cü il hədəfindən 28% çoxdur.

Dekabrda LNG idxalı rekord səviyyəyə, təxminən 12,7 milyard kubmetrə çatıb. Bu da noyabr ilə müqayisədə 2%, 2024-cü ilin dekabrından 21% çoxdur