BAKI, 1 yanvar. TELEQRAF

Rusiya Belarusun "Polonez" taktiki raket sistemi üçün nüvə başlığı hazırlayır. Teleqraf xəbər verir ki, bu barədə "Militarnye" portalı məlumat yayıb.

Belarus Milli Məclisi Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Gennadi Lepeşko yerli mediaya Rusiyada yeni tipli raket sisteminin hazırlanması barədə məlumat verib.

O həmçinin bildirib ki, "Zapad" təlimləri zamanı nüvə silahlarından istifadə alqoritmi işlənib hazırlanıb: "Söhbət potensial nüvə silahı daşıyıcısı ola biləcək təyyarə və raket sistemlərindən gedir".

Lepeşko həmçinin bildirib ki, Rusiya və Belarus "Polonez raketləri də daxil olmaqla, nüvə silahlarının istifadəsini təmin edən" bir sistem hazırlayırlar.

"Polonez", Belarus MZKT-7930 Astrolog təkərli şassisinə uyğunlaşdırılmış Çinin çoxməqsədli raket sistemidir. Belarus ordusunda 10-a qədər belə sistem var. Sistem üçün nəzərdə tutulan raketlər Çin istehsalıdır .

Sistem 2016-cı ildən bəri Belarus ordusunun ixtiyarındadır. Bir il əvvəl hərbi paradda nümayiş etdirilib.