BAKI, 29 dekabr. TELEQRAF

Rusiya Kiyevdəki hökumət binalarına zərbələr endirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin Nijni Novqorod vilayətindəki iqamətgahına hücum etməyə cəhd etməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən bildirib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Putinin iqamətgahına hücum cəhdinin danışıqlar prosesinə təsir edəcəyini deyib.

Ukrayna Silahlı Qüvvələri ötən gecə Putinin Novqorod vilayətindəki iqamətgahına 91 uzaqmənzilli dronla hücum edib. Dronların Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunur.