BAKI, 29 dekabr. TELEQRAF
Rusiya Putinin iqamətgahına hücum cəhdindən sonra danışıqlar mövqeyini yenidən nəzərdən keçirəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə söhbəti zamanı bildirib.
Lavrov qeyd edib ki, Rusiya bu qərarı Kiyevin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdindən sonra verib: "Bu hücum Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı intensiv danışıqların getdiyi biz zamanda baş verib. Bununla belə, Rusiya ABŞ ilə danışıqlar prosesindən çıxmaq niyyətində deyil".
Lavrov Kiyevin ötən gecə Putinin Novqorod vilayətindəki iqamətgahına hücuma cəhd etdiyini bildirib. Ukrayna Silahlı Qüvvələri hücumda 91 uzaqmənzilli drondan istifadə edib. Lavrovun sözlərinə görə, bütün PUA-lar Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.