BAKI, 25 dekabr. TELEQRAF
Polşa rəsmiləri Rusiyanın Qdansk şəhərində yerləşən sabiq baş konsulluq binasının ərazisinə daxil olaraq onu ələ keçirməyə cəhd ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Polsat" telekanalı Qdansk meriyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qdansk meriyasının mətbuat xidmətinin rəhbəri İzabela Kozitska-Pruş bildirib ki, ərazidə kimsənin olduğu görünür, lakin binaya giriş mümkün olmayıb. Onun sözlərinə görə, görülən bütün tədbirlər Polşa Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilir.
Xatırladaq ki, 19 noyabrda Polşanın xarici işlər naziri Radoslav Sikorski dekabrın 23-dən etibarən Qdanskda yerləşən Rusiya baş konsulluğunun bağlanacağını elan etmişdi. Buna cavab olaraq Moskva 30 dekabr 2025-ci ildən Polşanın İrkutskdakı baş konsulluğunun bağlanmasına qərar verib.