BAKI, 14 dekabr. TELEQRAF
Livanın Səhiyyə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının ölkənin cənubunda endirdiyi zərbələr nəticəsində üç nəfərin ölüdüyünü bildirib.
Teleqraf xəbər verir ki, dronlar Tir sərhəd dairəsində yerləşən Cəvaya qəsəbəsi ətrafında və Safəd-Baraşit şəhərlərini birləşdirən magistralda avtomobilləri hədəf alıb.
Bildirilir ki, avtomobillərdə olan iki nəfər ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, günün əvvəlində Binət-Cbeyl dairəsinə daxil olan Yater şəhərində motosiklet sürən daha bir livanlı da zərbə nəticəsində ölüb. Hadisə zamanı ərazidə olan bir piyada yaralanıb və ona tibbi yardım göstərilib.