BAKI, 13 dekabr. TELEQRAF
ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul iki günlük görüşlərdən sonra Belarus Prezidenti Aleksandr Lukaşenko ilə aparılan danışıqları məhsuldar qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə "BelTa" məlumat yayıb.
Onun sözlərinə görə, görüş zamanı Ukrayna ilə Rusiya arasındakı müharibə, Venesuela və digər beynəlxalq məsələlər müzakirə olunub:
"A. Lukaşenko bir çox insan və mövzulardan danışdı. Biz gələcək barədə danışdıq, ABŞ ilə Belarus arasında münasibətlərin normallaşdırılması yollarını müzakirə etdik. Bu, bizim əsas məqsədimizdir".
Görüşlərin normallaşdırılma prosesinə töhfəsi barədə sual verildikdə, Koul deyib:
"Elə bunu da edirik, sanksiyalar ləğv olunur, məhbusları azad edirik və daim ünsiyyətdə oluruq. Münasibətlər yaxınlaşdıqca fikir mübadiləsi artır və kiçik addımlardan daha əmin addımlara keçirik".