BAKI, 11 dekabr. TELEQRAF
İslandiya 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsini boykot edən ölkələr sırasına qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə "Der Standard" qəzeti İslandiya yayımçısı "RUV"a istinadən məlumat yayıb.
Bildirilir ki, ölkə İsrailin yarışa buraxılmasına etiraz olaraq müsabiqədə iştirakdan imtina edib.
Beləliklə, İslandiya bu səbəbdən “Avroviziya”dan çəkilən beşinci Avropa Yayım İttifaqı üzvü olub. Daha əvvəl İrlandiya, İspaniya, Sloveniya və Niderland da yarışı boykot etdiklərini açıqlamışdılar.