BAKI, 10 dekabr. TELEQRAF
Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk "Ynet" portalına verdiyi müsahibədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı səsləndirdiyi fikirlərə görə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf xəbər verir ki, XİN-də ukraynalı səfirə fikirlərinin tamamilə qəbuledilməz olduğu və diplomatik protokola uyğunsuzluğu irad tutulub.
Xatırladaq ki, dekabrın 8-də Netanyahu Knessetdə çıxışı zamanı Putinlə mütəmadi əlaqə saxladığını deyib. Baş nazirin sözlərinə görə, bu əlaqələr onilliklərdir İsrailin həyati vacib maraqlarına xidmət edir.
Yevgeni Korniyçuk Netanyahunun bu açıqlamasını tənqid etmişdi.