BAKI, 7 dekabr. TELEQRAF

İsrail Qəzza sektorunda atəşkəs razılaşmasını öz xeyrinə dəyişməyə çalışır və götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır.

Teleqraf xəbər verir ki, bu barədə HƏMAS hərəkatının nümayəndəsi Yusif Xamdan məlumat verib.

Xamdanın sözlərinə görə, İsrail hər gün atəşkəs şərtlərini pozur, kommersiya və humanitar yük daşımalarına mane olur, həmçinin İsrail qüvvələrinin çəkildiyi “sarı xətt” sərhədini dəyişdirir. Həmçinin, HƏMAS nümayəndəsi bildirib ki, İsrail bəzi razılaşma maddələrinin yerinə yetirilməsini digər mübahisəli məsələlərlə əlaqələndirməyə çalışır və Fələstinlilərin sektordan çıxarılmasını hədəfləyir.

Xamdan vurğulayıb ki, atəşkəs razılaşmasının ilk mərhələsi vətəndaşların keçidini təmin etməli, malların və humanitar yardımların daxil olmasına imkan yaratmalı, dağıntıların təmizlənməsi üçün texnika təmin etməli və razılaşdırılmış ərazilərdən geri çəkilməni nəzərdə tutur. HƏMAS beynəlxalq vasitəçilərə və ABŞ administrasiyasına müraciət edərək İsraili bu öhdəlikləri yerinə yetirməyə məcbur etmələrini tələb edib.

HƏMAS hərəkatının nümayəndəsi Yusif Xamdan РИА Новости-yə bildirib ki,