BAKI, 5 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Karen Andreasyan 8–12 dekabr tarixlərində Böyük Britaniyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan höküməti məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi "Fieldfisher LLP" hüquq şirkəti ilə birlikdə "Tramp yolu" (TRIPP) layihəsi üzrə dövlətlərarası müqavilə paketinin hazırlanması işlərini həyata keçirməkdir.