BAKI, 2 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş təxminən 5 saat sonra başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu ABŞ-nin Ukrayna üzrə yeni sülh planı olacaq.