BAKI, 28 noyabr. TELEQRAF
Rusiya Ədliyyə Nazirliyi Amerika insan haqları təşkilatı "Human Rights Watch"-u Rusiyadakı "arzuolunmazlar" siyahısına əlavə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Nastoyaschee Vremya” məlumat yayıb.
2022-ci ildə təşkilatın Rusiyadakı saytı Baş Prokurorluğun tələbi ilə Roskomnadzor tərəfindən bloklanıb. Baş Prokurorluq təşkilatın saytında Rusiyanın Ukraynada başlatdığı müharibə ilə bağlı “qeyri-dəqiq məlumat” aşkarladığını iddia edib.